İngiltərədə başladılan araşdırma ilə sosial mediadan istifadə üçün tələb olunan yaş kriteriyalarına uyğun gəlməyən istifadəçilərin hesablarının bağlanması hədəflənir.
İndex.az xəbər verir ki, mövzuyla əlaqədar "TikTok"un cəzalarından sonra gözlər "Snapchat"a çevrildi.
Məlum olduğu kimi, bir çox ölkələr gənc sosial media istifadəçilərinin ən azı 13 yaşında olmasını istəyir. Bu məhdudiyyətin "Snapchat" tərəfindən nəzərə alınmadığını anlayan İngiltərə hökuməti mövzu ilə bağlı araşdırma başlatdı.
Araşdırma çərçivəsində platforma istifadəçiləri mikroskop altına alınıb. "Snapchat"in illik gəlirinin yüzdə dördünə qədər cəzaların tətbiq oluna bildiyi müddətdə sosial mediadan şüursuzca istifadə edərək gənc istifadəçilərin təhlükəsizliyini təhdid edə biləcək elementlərin aradan qaldırılması hədəflənir.
