Günümüzün ən populyar texnologiyası olan süni intellekt uğurları ilə yanaşı uğursuzluqları ilə də gündəmə gəlməyə davam edir. Aparılan xüsusi araşdırma texnologiyanın hələ ki, lazımi səviyyədə və funksional olaraq işləmədiyini üzə çıxarır.
İndex.az xəbər verir ki, Purdue Universitetinin apardığı son araşdırmaya görə, süni intellekt vasitəsi "ChatGPT"nin proqram təminatı ilə bağlı sualların yarısından çoxuna səhv cavab verdiyi müəyyən edilib. Müvəffəqiyyət nisbəti cəmi qırx səkkiz olan proqramlaşdırma sektorunda texnologiyanın istifadəsinə yenidən baxılması lazım olduğu açıqlandı.
Bu vəziyyət orta və uzun müddətli böyük layihələrdə bir çox problemə səbəb olduğu üçün başda "Apple", "Google" və "Meta" olmaqla bir çox nəhəng texnologiya şirkəti tərtibatçılarına işlərində süni intellektdən istifadə etməyi tamamilə qadağan etdi.
