ABŞ-ın tanınmış müğənnisi Beyons Vaşinqton metrosunun işini bir saat uzatmasına 100 min dollar ödəyib.

İndex.az xəbər verir ki, bu barədə “Buro” nəşri Vaşinqton Nəqliyyat İdarəsinin mətbuat xidmətinə istinadən yazır.

Bildirilir ki, Beyons bu addımı konsertindən sonra tamaşaçıların metroda evə Rahat gedə bilməsi üçün atıb.

Beyonsun “FedEx Field”dəki konserti şiddətli tufan səbəbindən iki saat gecikməli olub. Bu səbəbdən də tamaşaçılar metroya gecikə bilərdilər. Müğənni konsert turundan əldə etdiyi vəsaitin bir hissəsini Vaşinqton metrosunun 98 stansiyasının işini bir saat uzatmaq üçün bağışlayıb.