Avtomobil istehsalçısı “Bentley” şirkəti ABŞ-da geri çağırma kampaniyasına başlayıb.
İndex.az xəbər verir ki. bu barədə carscoops.com saytı məlumat yayıb.
Şirkət 3500-ə yaxın “Bentayga” avtomobilini təmir üçün geri çağırmağı planlaşdırır.
Geriçağırma kampaniyasına səbəb “Bentley Bentayga”da avtomobilin salonunda benzin iyindən şikayət edən müştərilərin müraciəti olub. Araşdırma zamanı məlum olub ki, bəzi “Bentayga” modelləri yanacaq çəninin yuxarı hissəsindən benzin sızdırır. Buna temperaturun dəyişməsi və keyfiyyətsiz benzinin istifadəsi səbəb olub.
Geri çağırma kampaniyası 2016-cı ilin martından 2023-cü ilin iyununa qədər istehsal edilmiş avtomobillərə təsir edəcək. Dilerlər təmir üçün xidmətə gəlmək zərurəti barədə sahiblərinə məlumat verəcəklər.
