Belçika yaşayış mərkəzlərində kifayət qədər yer olmadığını əsas gətirərək subay kişi qaçqınların müraciətlərini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
İndex.az xəbər verir ki, təxminən 12 milyon əhalisi olan Belçikada bu il 19 min adam sığınacaq üçün müraciət edib.
Sığınacaq axtaranların təxminən 42 faizi subay kişilərdir.
Təxminən 2000 subay kişi sığınacaq axtarma prosedurlarının tamamlanmasını gözləmək siyahısındadır.
