Bu gün saat 23:00-da “Bavariya” ilk turda səfərdə məğlub etdiyi “İnter”i "Allianz Arena"da qəbul edəcək. Almanlar ilk turdakı uğurlarını təkrarlaya biləcəklərmi? Bunun cavabını proqnozumuzda tapa bilərsiniz.

BAVARİYA

Hələ Çempionlar Liqasının qrup mərhələsi başlamazdan əvvəl, qrupda "Barselona" və "İnter"in olmasına baxmayaraq, "Bavariya" favoriti sayılırdı. Elə ilk oyunda Yulian Nagelsmannın komandası "İnter"i səfərdə 2:0 hesabı ilə məğlub etməklə əbəs yerə favorit hesab edilmədiklərini göstərdilər. "Bavariya" "Barselona" ilə matçda da problem yaşamadan hər iki görüşdə qələbə qazandı. Beləliklə 5 turun hər birində qələbəyə sevinən Münhen təmsilçisi qrup liderliyini həll etdi.

"Bavariya" pley-offa vəsiqəni asanlıqla qazandı. Çexiya çempionu "Viktoriya"nın qapısına 2 görüşdə 9 qol vurdu. Bundesliqada "Bavariya" o qədər də uğurlu olmasa da turnir cədvəlində 2-ci yerdə qərarlaşıb. Bununla belə, liderdən yalnız 1 xal geri qalan münhenlilər növbəti turlarda liderliyi ələ keçirə bilərlər.

İtkilər: Matias De Lixt, Manuel Noyer, Luka Hernandez, Buna Sarr, Leroy Sane

İNTER

"İnter" qrupdan çıxmaq üçün açıq-aydın favorit hesab edilmirdi. Turnir başlamazdan əvvəl çoxları "Bavariya" və "Barselona"nın C qrupundan pley-offa yüksələcəyini düşünürdülər. İlk turda "Bavariya"ya 0:2 hesabı ilə uduzması "İnter"in qrupda qalacağı düşüncəsini gücləndirdi. Lakin hazırda bu məğlubiyyət Simone İnzaqinin komandası üçün ilk və sonuncu olaraq qalır.

"Viktoriya"nı səfərdə 2:0 hesabı ilə məğlub edən "İnter" "Barselona" ilə 2 matçda 4 xal qazandı. Belə ki, evdə "Barsa"nı 1:0 hesabı ilə məğlub edən "İnter", səfərdə 3:3 hesablı heç-heçə etdi. Pley-offa çıxmaq üçün "İnter" 4-cü turda öz meydanında "Viktoriya"ya qalib gəlməli idi. Bu vəzifənin öhdəsindən inamla gələn italyanlar, Çexiya çempionunun qapısına 4 cavabsız qol vurdu. Bununla da onlar "Barselona"nı qrupda saxlamağı bacardılar.

İtkilər: Marselo Brozoviç, Dalbert, Romelu Lukaku, Danilo D`Ambrosio

PROQNOZ

"Bavariya" hələ 4-cü turda pley-offa vəsiqəni təmin etmişdi. Lakin bu "Bavariya"nın 5-ci turda "Kamp Nou" səfərində "Barselona"nı 3:0 hesabı ilə məğlub etməsinə mane olmadı. Almaniya çempionu evdə, yəqin ki, yenidən qələbə qazanmağa çalışacaq. "İnter" üçün də artıq hər şey həll olunub. Bugünkü qarşılaşmanın nəticəsindən aslı olmayaraq, italyanlar qrup 2-cisi kimi pley-offa yüksəlir. İtaliya çempionatında işləri yaxşı getməyən "İnter"i növbəti tur çətin "Yuventus" səfəri gözləyir. Nəzərə alsaq ki "qoca sinyora" "İnter"i 2 xal geridən təqib edir, bu zaman Simone İnzaqi "Bavariya" oyununda əsas heyət oyunçularından bir neçəsini qorumağa çalışacaq.

İlk proqnozumuz "Bavariya"nın fora (-1) ilə qələbəsidir - 2.04

"Bavariya" son vaxtlar ardıcıl 6 qələbə ilə əla formadadır. Bu matçların yalnız birində münhenlilər 3-dən az qol vurublar. Ona görə də, “İnter”in müdafiədə çox işi olacağı açıq-aydın görünür. "İnter"in "A Seriyası"nda "Yuventus" ilə oyun öncəsi rotasiya edəcəyini nəzərə alsaq, "Bavariya"nın inamlı qələbə qazanacağını düşünmək məntiqlidir.

İkinci mərcimiz: "Bavariya"nın 2 qollu qələbəsi - 1.97

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 3:1 - 9.90

"Bavariya" hər iki hissədə qol vuracaq - 1.85

"İnter" ikinci hissədə qol vuracaq - 2.05