Keçmiş ulduzunu heyətinə qatmaq istəyən Kataloniya komandası sürpriz yerdən dəstək gözləyir.
İndex.az xəbər verir ki, "Paris Saint-Germain"də gələcəyi qeyri-müəyyən olan braziliyalı ulduz Neymarın bu yay Səudiyyə Ərəbistanı klubu vasitəsilə "Barselona"ya transfer oluna biləcəyi irəli sürülüb.
İspan mətbuatı "Sport"da yer alan xəbərə görə, iqtisadi vəziyyətinə görə Neymarın xərclərini qarşılamaq çətin görünən "Barselona" bu transferi Səudiyyə Ərəbistanı klubu vasitəsilə həyata keçirə bilər.
Xəbərə görə, transfer olacağı təqdirdə "Barselona" Neymarın maaşının müəyyən hissəsini ödəyəcək, maaşın qalan hissəsini isə Neymarın transferindən sonra "Barselona" ilə yoldaşlıq oyunu təşkil edəcək PSJ və Səudiyyə klubu qarşılayacaq.
