Qreta Qerviqin Margo Robbie və Rayan Qoslinq ilə birgə rol aldıqları "Barbie" filmi nümayişindən 17 gün sonra dünya kinoteatrlarındakı seanslardan 1 milyard dollardan çox gəlir əldə edib.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Variety” nəşri yazır.
Film Şimali Amerikada 459 milyon dollar, digər ölkələrdə isə 572 milyon dollar gəlir əldə edib.
Nəşrin məlumatına görə, Q. Qerviq filmi bu qədər gəlir əldə edən ilk qadın rejissor olub. Bu həm də “Warner Bros” üçün rekorddur. 19 gün ərzində 1 milyard dollar qazanan ən sürətli film "Harri Potter və Ölüm Yadigarları: 2-ci hissə" filmi olub.
Daha əvvəl xəbər verildiyi kimi, “Barbie” açılış həftə sonunda 155 milyon dollar qazanaraq ABŞ və Kanadada 2023-cü ilin kassa rekordunu qoyub.
