Azərbaycan bankları bu ilin III rübündə istehlak kreditlərinə olan tələbin 13% artacağını gözləyir.

İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Bildirilir ki, istehlak kreditlərin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6%, kartlarla kreditə olan tələbin 17%, əməkhaqqı ilə kreditlərə olan tələbin 10%, məişət kreditlərinə tələbin isə 8% artacağı proqnozlaşdırılır.

Sorğunun nəticələrinə əsasən, bu ilin II rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29% artıb.

Həmçinin avto kreditlərə olan tələb 4%, kartlarla kreditə olan tələb 8%, əməkhaqqı ilə kreditlərə tələb 8%, məişət kreditlərinə tələb isə 10% artıb.