Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib.

İndex.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verib.

Bildirilib ki, hərracda tələb 59,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 45% çoxdur. Belə ki, 17 avqustda keçirilən valyuta hərracında banklar 41.3 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.