Bank Respublika ASC

Sistem analitiki

Son tarix 01 avq 2023 

Ümumi vəzifə öhdəlikləri:

  • Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
  • Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
  • Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Daxili hesabatların hazırlanması və onların təhlili.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Bank kartları sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
  • Analitika sahəsi üzrə təcrübə;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
  • SQL bilikləri arzuolunandır;
  • API baza bilikləri arzuolunandır;
  • Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
  • Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
  • Stressə davamlı, çalışqan və ünsiyyətcil;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissədə Sistem analitiki qeyd edərək 31 iyul 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Təhlükəsizlik infrastrukturu şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis

Son tarix 07 avq 2023 

Ümumi vəzifə öhdəlikləri:

  • DLP sisteminin tətbiqi və idarə edilməsi;
  • Ehtiyat surətlərin yaradılması prosesinə nəzarət edilməsi;
  • Baş vermiş insidentlərin araşdırılması və təhlili;
  • İnformasiya təhlükəsizliyinə dair prosedur, siyasətlərin yazılması və test olunması;
  • İnformasiya təhlükəsizliyi standartlarının tətbiq olunması və onlara əməl edilməsinə nəzarət.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı);
  • Şəbəkə avandanlıqlarının (router, switch, access point, firewall və.s) əsas parametrlərinə dair biliklər;
  • DLP sistemlərinin işləmə mexanizmi barədə dərin biliklər;
  • Ehtiyat surətlərin yaradılması prosesi üzrə dərin biliklər;
  • Monitorinq sistemləri üzrə biliklər;
  • İnformasiya təhlükəsizliyi standartları haqqında biliklər (ISO/IEC 27001, NIST, PCI-DSS və s.).
  • Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Təhlükəsizlik infrastrukturu şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə namizədliyinizə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.