Bu ilin yanvar-may aylarında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 558,1 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 305,1 milyon manat olub. Bu, ümumi dövriyyənin 54,7 %-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,9 % artaraq 743,3 milyon manat olub.