Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-mart aylarlı ilə müqayisədə 4 % artaraq 7 milyard 523,2 milyon manat olub.
İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 % artaraq 4 milyard 656,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,9 % azalaraq 2 milyard 866,8 milyon manata bərabər olub.
İstehlak məhsullarının 35,1 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,8 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 18,1 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
