Bu ilin yanvar-may aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 174,5 manat olub.

İndex.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,1% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,1% artaraq 916,8 manata çatıb