2023-cü ildə Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 183 manat olub.

İndex.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, orta aylıq nominal əməkhaqqı 2022-ci illə müqayisədə 6,8 % çoxdur.