Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib.
İndex.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 % artıb.
