Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 523,1 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4% çoxdur.

Hesabat dövründə hüquqi şəxslər əhaliyə 510,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 97,6%-ini təşkil edib.

Xatırladaq ki, cari ilin birinci ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri illik müqayisədə real ifadədə 4,9% artaraq 946,1 milyon manat olub.