Noyabrın 1-2-də Bakıda VII Beynəlxalq Bankçılıq Forumu ("IBF-2023") keçiriləcək.
İndex.az “Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir ki, tədbir “Mastercard” beynəlxalq kart təşkilatı ilə bağlı əməkdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçiriləcək. "Forumun mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq"dır.
IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.
