Ötən gündən etibarən Tbilisidə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin J2-9237 və aviaşirkətin tərkibinə daxil olan "Buta Airways"in J2-9225 Bakı-Tbilisi reysləri təxirə salınıb.

İndex.az bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətinə istinadən məlumat verir.

Şəhərdə hava şəraiti yaxşılaşdıqdan sonra hər iki reysin sərnişinləri Tbilisiyə yola düşüblər.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunublar.