“Bakı hava limanının 2023-cü ilin 11 ayında olan ümumi sərnişin dövriyyəsinə nəzər salsaq, bu rəqəm 5,3 milyonu ötüb. İlk 11 ay ərzində  daxili və beynəlxalq reyslərin sərnişinlərinin ümumi sayı 2019-cu ilin analoji dövrünün göstəricilərindən 21,2 % çox olub”.

İndex.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

O qeyd edib ki, ilin sonunadək sərnişin axınının 2019-cu ilin göstəricisindən 20 faizədək çox olarağı və 5,7 milyonu ötəcəyi gözlənilir.

Payız-qış uçuş mövsümündə Bakı hava limanından 70 yaxın şəhərə 36 aviaşirkətin uçuşlar həyata keçirdiyini vurğulayan Teymur Həsənov, mövcud tərəfdaşlardan 17-nin aşağıbüdcəli aviadaşıyıcı olduğunu bildirib. Əlavə edib ki, Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayıb və beləliklə, sərnişinlərə daha çox seçim imkanı verilib.