Amerikalı milyarder və investor Uorren Baffet özünün investisiya şirkəti olan “Berkshire Hathaway”in 866 milyon dollar dəyərində olan səhmlərini ailə üzvlərinin idarə etdiyi dörd xeyriyyə təşkilatına bağışlayıb.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, U. Buffett 1,6 min ədəd A sinifli səhmi 2,4 milyon B sinif səhmə çevirib. Bundan sonra o, 1,5 milyon səhmini həyat yoldaşının adına olan “Susan Thompson Buffett Fondu”na, 300 min səhmi isə “Sherwood Foundation”, “Howard G. Buffett Foundation” və “NoVo Foundation”a köçürüb.
2006-cı ildən bəri iş adamı hər il “Berkshire” səhmləri şəklində xeyriyyəçilik üçün böyük məbləğdə vəsait bağışlayır. O, əvvəllər sərvətinin 99%-ni başqasına verəcəyini vəd etmişdi.
Qeyd edək ki, 93 yaşlı Buffett, oğulları Hovard və Piter, həmçinin qızı Syuzanı icraçıları, həmçinin ölümündən sonra bütün pulları alacaq bir xeyriyyə fondunun qəyyumları təyin edib.
