Aztelekom

Məhsul üzrə aparıcı mütəxəssis

Son tarix 27 avq 2023 - 

Təsvir:

  • Mövcud, eləcə də gələcək telekommunikasiya məhsul və xidmətlərin hazırlanması, optimallaşdırılması və bazara uyğunlaşdırılması;
  • Məhsul və xidmətlərin təbliği, qiymətləndirmə və müştəri əldə etmə, eləcə də Time to Market strategiyalarının icrası;
  • Daxili və departamentlərarası proseslərin və prosedurların yaradılması, optimallaşdırılması və koordinasiyası;
  • Verilən məlumatlar əsasında hesabatın, analitikanın aparılması, məhsul hədəflərinin yerinə yetirilməsinin izlənməsi;
  • Kütləvi müştəri bazası dəyişikliklərinin, miqrasiyasının və əldə edilməsinin (acquisition) idarə olunması;
  • Online və offline kommunikasiya kanallarının koordinasiyası və idarə olunması;
  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;
  • Proaktiv surətdə kommersiya imkanlarının araşdırılması, qoyulan hədəflərə çatmaq və müştəriyönümlü həllərin yaradılması;
  • İclas və danışıqlarda departamentin və təşkilatın maraqlarını müstəqil formada təmsil etmək;
  • Əməkdaşlara, rəhbərliyə və yüksək rəhbərliyə məlumatın doğru və düzgün şəkildə çatdırılması;
  • Satış və Müştəri Təcrübəsi göstəricilərinin yüksəldilməsi məqsədilə Satış, Texniki/IT, və Müştəri əlaqələri şöbəsi ilə yaxından əməkdaşlıq etmək;

Tələblər:

  • Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ən azı bakalavr təhsili;
  • MBA və ya Marketinq üzrə magistr təhsilinə üstünlük veriləcək.
  • MS Word, MS Outlook, yüksək səviyyədə MS Excel və MS Power Point;
  • Minimum 3 il (əsasən B2C istiqamətli)
  • Azərbaycan, İngilis, Rus dilləri
  • Tapşırıqların idarə olunması (task management) üzrə alət və proqramlardan istifadə (MS Planner);
  • Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır;
  • Telekommunikasiya sahəsi üzrə məhsul və xidmətlər üzrə proqnoz vermək və biznes keysləri həyata keçirmək üzrə təcrübə;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;

 

Korporativ satışlar üzrə kiçik mütəxəssis

Son tarix 27 avq 2023 

Təsvir:

  • Satış üzrə kiçik mütəxəssisin əsas öhdəliyi “Aztelekom” MMC tərəfindən korporativ müştərilərə xidmət/məhsulların satışını həyata keçirmək və bununla gəlirləri artırmaqdan ibarətdir.
  • Korporativ müştərilərin tələblərinə cavab verən məhsulları müəyyənləşdirir və seçimdə dəstək göstərir;
  • Müştərilərin şəxsi məlumatı ilə bağlı ciddi məxfiliyə riayət edir;
  • Müştəri müraciətlərinin idarə edir, aidiyyəti şöbələrə yönləndirir;
  • Müştərilərlə gündəlik telefon danışıqları aparır;
  • Müştəri məlumatlarının qeydiyyatını aparır;
  • Daxil olan məktubları cavablandırır;

Tələblər:

  • Yaş həddi: 22-28
  • Ali təhsil
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilikləri
  • Vaxtın idarə edilməsi bacarıqları
  • Verilən tapşırıqların dəqiq yerinə yetirilmə bacarıqları
  • Korporativ, pərakəndə satışlar yaxud müştəri xidmətləri sahəsində 2 il təcrübə
  • Komputer bacarıqları (MS Word, Excel, Outlook)