Aztelekom

Hüquqşünas

Son tarix 17 sen 2023 - 

Təsvir:

  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək;
  • Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Ali hüquq təhsili olmalı;
  • Korporativ hüquq sahəsi üzrə ən az 2 (iki) il iş təcrübəsinə malik olmalı;
  • Normativ-hüquqi aktlarla və onların tətbiqi qaydaları ilə iş təcrübəsi olmalı;
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi olmalı;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi olmalı;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yüksək səviyyədə bilməli;
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
  • Yüksək ünsiyyət, komandada iş və analitik təhlil bacarıqlarına malik olmalı;
  • İşgüzar, təşəbbüsçü və məsuliyyətli olmalı.

 

SƏTƏM üzrə mühəndis (Gədəbəy)

Son tarix 17 sen 2023 

Təsvir:

  • SƏTƏM üzrə mühəndisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir;
  • SƏTƏM mühəndisi fəaliyətini SƏTƏM qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir;
  • “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir;
  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir;
  • “Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir;
  • “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir;
  • Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir;
  • Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır;
  • Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir;

Tələblər:

  • Ali-texniki təhsilə üstünlük verilir;
  • Sahəsi üzrə ən azı 3 il təcrübəsi olmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır;
  • SƏTƏM üzrə qaydaları mükəmməl bilməlidir;
  • MS Office və Outlook programlarını mükəmməl bilməlidir;
  • SƏTƏMM üzrə dövlət normativ tələblərini;
  • Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələri;
  • SƏTƏMM sahəsində milli və dövlətlərarası standartları;
  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodlarını;
  • Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimlərini;
  • Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydalarını;
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodlarını bilməlidir.

 

Energetika üzrə mühəndis (Şəmkir)

Son tarix 17 sen 2023 

Təsvir:

  • Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir;
  • Şöbəyə daxil olmuş sifarişə uyğun olaraq yeni elektrik avadanlığını quraşdırır və digər enerji işlədici avadanlıqlara elektrik bağlantılarının verilməsini təşkil edir;
  • İstismarda olan bütün elektrik qida sistemlərinin (stablizator, mexaniki və ya avtomatik elektrik çeviricilərinin (AVR), UPS, invertorlar) istismar və proflaktikasını təşkil və təmir edir;
  • AC və DC Elektrik paylayıcı şitlər, müxtəlif en kəsikli AC və DC kabellərinin istismarı, proflaktikası, təmiri və yeni elektrik qoşulmalarını təmin edir;
  • Müxtəlif tipli, texniki parametrə malik AC 380V/220V-DC48V düzləndiricilərin istismarını, profilaktikasını, təmirini, sifarişə uyğun olaraq yeni elektrik qoşulmaları və ya sökülmələrini təmin edir;
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımını təşkil edir;
  • Torpaqlanma sistemlərinin planlaması ilə əlaqədar təkliflərin verilməsi, sifarişə uyğun olaraq, yeni torpaqlanma sistemlərinin quraşdırma və sökülməsini təmin edir;
  • Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların istismarını, proflaktikasını təşkil və təmir edir;
  • Alternativ enerji mənbələri, generator istismarı, profilaktika işlərini təmin edir;

Tələblər:

  • Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali və ya Orta texniki təhsili olmalı;
  • Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 3 (üç) il professional iş təcrübəsi olmalı;
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinsipial və funksional sxemlərini, təyinatını və iş rejimlərini bilməli;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalı;
  • Kompüter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığı olmalı;
  • “Elektrik qurğularının qurulması qaydaları”nı, “Elektrik və istilik qurğularının texniki istismar qaydaları”nı, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nı bilməli;
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli.

 

İT mütəxəssisi (Şəmkir)

Son tarix 17 sen 2023 

Təsvir:

  • İnformasiya texnologiyaları üzrə mütəxəssis  fəaliyətini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
  • Informasiya texnologiyaları, Transmisiya və Genışzolaqlı avadanlıqların istismarına nəzarət edir,avadanlıqların keyfiyyət göstəricilərinin qeydiyyatını nəzarətdə saxlayır;
  • Informasiya texnologiyaları, Transmisiya və Genışzolaqlı avadanlıqların mürəkkəb nasazlıqlarının aradan qaldırılması və tənzimlənməsində iştirak edir;
  • Yeni avadanlığın quraşdırılmasını və vaxtında istismara verilməsini həyata keçirir;
  • Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
  • Informasiya texnologiyaları, Transmisiya və Genışzolaqlı avadanlıqların cari və əsaslı təmirinə və proqram təminatına , profilaktik xidmətlərə nəzarət edir;
  • Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq avadanlıqlarda işini qurur;
  • İstifadəçi tələbatın maksimum ödənilməsi üçün lazım olan proqram təminatının seçilməsində dəstək göstərir;
  • İnternet istifadəçilərindən daxil olan texniki problemleri qeydiyyata alir və arxivləşdirir;
  • Müştərilərlə əlaqə saxlayaraq problemin nəzarətə alinması barədə müştərilərin məlumatlandırır və problemin həlli üçün ilkin texniki dəstək göstərir

Tələblər:

  • Ali və ya orta ixtisas/texniki təhsilli olamlıdır;
  • İnformasiya texnologiyaları sahəsində azı 1 (bir) il əmək stajına malik olmalıdır;
  • Müasir informasiya texnologiyaları trendlərini bilməlidir;
  • Azərbaycan dilini mükəmməl bilməlidır, ingilis və rus dilləri arzuolunandır;
  • Kompüter avadanlıqlarının təmiri və əməliyyat sistemləri ilə iş təcrübəsinə malik olmalıdır;
  • Giriş şəbəkə və transmisiya avadanlıqları uzrə protolkolların işləmə qaydası üzrə biliklərə malik olmalıdır;
  • Əməliyyat Sistemləri, MS Office, Outlook sistem proqramları və istehsalatla bağlı əlavə yazılmış proqramları, pereferiya qurğularının quraşdırılmasını mükəmməl bilməlidir.