AZINTELECOM

Satınalma üzrə aparıcı mütəxəssis

Son tarix 22 sen 2023 - 

Departament: Təchizat zəncirinin idarə olunması/ Satınalma şöbəsi

Vəzifə öhdəlikləri:

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması.

Tələb olunun biliklər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
  • Dövlət satınalması üzrə təcrübəyə üstünlük verilir
  • CİPS beynəlxalq sertifikatın olması üstünlükdür
  • SAP ilə işləmə bacarığı üstünlükdür
  • Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan; ingilis və ya rus dillərini yaxşı səviyyədə bilmək
  • Analiz etmə bacarığına sahib olmaq
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

 

İdarəetmə sistemləri üzrə (Komplayns) aparıcı mütəxəssis

Son tarix 22 sen 2023 

Departament: Keyfiyyətə nəzarət/ Biznes proseslərin və standartların tənzimlənməsi şöbəsi

zifə öhdəlikləri:

  • Metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
  • Cəmiyyət üzrə aparılan fəaliyyətin təsdiqlənmiş proses sənədlərinə uyğun şəkildə aparılmasını yoxlamaq və monitorinq hesabatlarını hazırlamaq;
  • Müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğun təmin olunmasını və auditinin aparılmasını təşkil etmək və dəstəkləmək;
  • İnsidentlərinin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və metodoloji dəstək göstərmək;
  • Müştəri məmnuniyyətini ölçmək və müştəri şikayətlərinin səbəbini araşdırmaq və monitorinq hesabatlarını hazırlamaq;
  • ISO/IEC 27001:2013, ISO/IEC 20000-1:2018, ISO:22301:2019 standartlarının tətbiqi və auditi üzrə müvafiq fəaliyyətlərin icrası proseslərinin dəstəklənməsi;
  • Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

Tələb olunun biliklər:

  • Ali təhsil (İnformasiya texnologiyaları, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil)
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.)
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları
  • Strateji baxış formalaşdırma bacarıqları
  • İT sahəsi üzrə standart baza biliklər
  • Müvafiq sahə üzrə 2 il və daha çox iş təcrübəsi
  • Microsoft Office proqramları( əsasən Word və Excel olmaqla Visio və digərləri) ilə işləmə bacarığı
  • Azərbaycan dili sərbəst; ingilis dili pre-intermediate və daha yuxarı; rus dili (arzuolunan)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.

 

Xidmət Əməliyyatları üzrə Mühəndis

Son tarix 22 sen 2023 

Departament: İnformasiya Texnologiyaları/ Xidmət Əməliyyatları şöbəsi

İstiqamət: Şəbəkə və ya Sistem infrastrukturu

Vəzifə öhdəlikləri:

  • Şəbəkə Əməliyyatları Mərkəzi üzrə baş vermiş hadisələrin və qəza siqnallarının idarə edilməsi, müvafiq proses və əməliyyat tədbirləri vasitəsilə şəbəkələrin dayanıqlığının təmin edilməsi, o cümlədən qəza hallarının nəzarətə götürülməsi və həll edilməsi;
  • Şəbəkə və Server avadanlıqlarının monitorinqi;
  • Şəbəkə problemlərinin monitorinqi, problemlərin vaxtında aradan qaldırılması və həll edilməsi üçün müştəridən insident haqda ətraflı texniki məlumatları toplamaq;
  • Effektiv TCP/IP şəbəkə bacarıqlarından istifadə edərək ümumi şəbəkə problemlərini təcrid etmək və diaqnoz qoymaq üçün şəbəkə nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;
  • Şəbəkə və Virtual maşınlar üzrə baş vermiş hadisələri təhlil edərək təsir səviyyəsinin müəyyən edilməsi,  müəyyən edilmiş qəza prioriteti əsasında dəstək sənədləşməsinin (trouble ticket) aparılması və problemin təhlili üçün icraçıya yönləndirilməsi;
  • Şəbəkədə və Server avadınlıqlarda baş verən alarm, nasazlıqları Layer1 səviyyəsində araşdırmaq;
  • L1-L2 səviyyəsində sonlana biləcək sorğuların mövcud topologiya və sistemə uyğun həllinin müştəriyə təqdim olunması;
  • L2 və daha yüksək "layer"lərdə sonlanacaq sorğuların operativ şəkildə və dəqiq təhlil edilərək ötürülməsi (escalte olunması);
  • L2 mühəndisləri ilə sorğu üzərindən interaktiv iş prosesinə bələd olmaq və onların gözləntilərini üstələmək;
  • Müştərilər ilə L2 mühəndislər arasında düzgün kommunikasiya quraraq sorğuların düzgün təhlil edə bilmək;
  • Müştərilərə Bulud xidmətləri üzrə ilkin texniki dəstək;
  • Telefon və digər elektron vasitələrlə qəbul edilmiş idarə edilən xidmətlərlə bağlı texniki yardım barədə sorğuların cavablandırılması;
  • Müştərilərdən daxil olan sorğuları qəbul etmək və müəyyən edilmiş SLA-lara uyğun olaraq ticket sistemində hadisələr və sorğular üçün bütün fəaliyyəti qəbul etmək zərurəti yarandıqda L2 səviyəli mühəndislərə həlli üçün yönəltmək;
  • Növbə üzrə texniki operatorların iş prosesinə lazımi qaydada nəzarət etmək;
  • İnteraktiv ünsiyyət, komanda şəklində çalışmaq qabiliyyəti və sənədlərin idarəolunması prosesləri vasitəsi ilə iş prosesinin təşkili.

Tələb olunun biliklər:

  • Ali təhsil (Sahə üzrə ali təhsilin olması arzuolunandır)
  • Data Mərkəzi obyektləri əsas şəbəkələr, transmissiya, server, hesablama və saxlama sistemləri haqqında texniki biliyə malik olmaq;
  • Şəbəkə texnologiyaları haqqında anlayış və şəbəkə protokolları ilə işləmə təcrübəsi;
  • vCenter / vSphere / Backup həlləri haqqında məlumatlılıq;
  • Kompüter, hardware avadanlıqlarının  işləmə mexanizmini yüksək səviyyədə bilmə və problem yaşandığı anda effektiv, səmərəli şəkildə nasazlıqları aradan qaldırmaq bacarığı;
  • Bulud texnologiyaları və bulud həlləri haqqında məlumatlılıq;
  • Şirkətdaxili prosesləri oxumaq, izləmək və öz təkliflərini ifadə etmək bacarığı;
  • Cisco , Palo Alto , VMWare sertifikatların hər hansı biri və ya ekvivalent biliyin olması arzu olunandır;
  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları sayəsində müştəriyönümlü xidmət;
  • Müvafiq sahə üzrə 3 il və daha çox iş təcrübəsi
  • Dil bilikləri:  Azərbaycan dili; rus və ya ingilis dilləri (yaxşı səviyyədə)
  • İş rejimi: Növbəli 24/7

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.