Azersun Holding

İnzibati təsərrüfat işləri üzrə kiçik mütəxəssis (Kürdəmir)

Son tarix 07 okt 2023

Tələblər: 

  • Ali təhsilli olmalı;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi olmalı;
  • Analiz etmə və analitik düşünmə qabiliyyəti olmalı;
  • Məhsuliyyətli və diqqətli olmalı;
  • MS Office (xüsusilə Excel) proqramlarını bilməli.

İş haqqında:  

  • Müəssisə işçilərinin təmiz yeməkxanada, təmiz qablarda, səssiz və kifayət qədər doyumlu yeməklərin təşkil olunmasını təmin etmək
  • Qeyri iş günləri və iş saatından əlavə işləyənlər olduqda işçilərin yeməklə təmin olunmasını  təmin etmək.
  • Müəssisə ərazisində və ofis binasında maksimum təmizliyin  olması üçün təmizlikçilərin mal, material və alətlərlə təmin olunmasını təşkil etmək.
  • Müəssisə işçilərinin nahar fasiləsi vaxtı istirahətlərini maraqlı keçirmək məqsədilə  müəssisə ərazisində bağçaların yaradılmasını təşkil etmək.
  • Müəssisənin işlərininin şirkətimizdə keçirilən istirahət proqramlarına ve Respublika əhəmiyyətli tədbirlərə qatılmasını təmin etmək.
  • Tabeçiliyndəki materialların zərər görməməsi üçün lazımi nəzarəti və təhlükəsizliyi təmin etmək.
  • Daxili reqlamentin vəziyyətini və yenilənməsini, binanın saz vəziyyətdə olması və otaqların vəziyyətinin qənaətbəxş olması üçün lazımi nəzarəti təmin etmək.
  • Ona tabe olan işçilərin nizam intizam qaydalarına, əməyin mühafizəsi və istehsal sanitar gigiyena qaydalarına riayət etməsinə nəzarət etmək.

İş Şərtləri: Həftə içi 5 gün (09:00 - 18:00)

İş Yeri: Kürdəmir şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnzibati təsərrüfat işləri üzrə kiçik mütəxəssis (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.

 

Təchizat işləri üzrə mühəndis

Son tarix 07 okt 2023 

Tələblər:

  • Memarlıq və inşaat sahəsində ali təhsilli olmalı;
  • Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi olmalı;
  • İnşaat norma və qaydalarını bilməli;
  • MS Office proqram bilikləri yüksək səviyyədə olmalı;
  • İngilis və Rus dili biliklərinin olması üstünlükdür;
  • Komanda ilə işləmə bacarığı olmalıdır.

İş haqqında məlumat: 

  • Ölçmə işlərini dəqiq aparılması;
  • İş həcmini hesablanması;
  • Su təchizatı və kanalizasiya bölməsinin layihələndirilməsi;
  • Daxili və xarici şəbəkələrin layihələndirilməsi;
  • Nasosxanaların layihələndirilməsi;
  • Yanğın əleyhinə sistemlərin layihələndirilməsi.

İş Qrafiki: Həftə içi 6 gün

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Təchizat işləri üzrə mühəndis” qeyd etməyiniz xahiş olunur.

 

Keyfiyyətə nəzarət inspektoru (İmişli, Zaqatala)

Son tarix 07 okt 2023 

Tələblər:

  • Kimya Mühəndisliyi ixtisası üzrə ali təhsili olmalı;
  • Təcrübə tələb olunmur, (üstünlükdür)
  • Yüksək səviyyədə nəzəri biliklər tələb olunur,
  • Araşdırma və analiz etmə bacarığı olmalı;
  • MS Office proqramlarını bilməli.

İş haqqında məlumat: 

  • Keyfiyyət standartlarına uyğun nümunələri almalı;
  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemi həll etməli;
  • Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
  • İstehsalat hesabatlarının hazırlanması.

İş Qrafiki: Növbəli İş Qrafiki

İş Yeri: İmişli, Zaqatala (Yaşam və Qida xərcləri şirkət tərəfindən qarşılanır)

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət inspektoru (İmişli, Zaqatala)” qeyd etməyiniz xahiş olunur.

 

Tənəkə qablaşdırma üzrə kefiyyət və qeydiyyat mütəxəssisi

Son tarix 07 okt 2023 

Tələblər:

  • Mühəndislik ixtisası üzrə ali təhsil
  • Sahə üzrə texniki-normativ sənəd və metodikaları bilməli;
  • Prosesin nəzarət və kritik nəzarət nöqtələrini, nəzarət metodlarını və proses parametrlərini təsbit etməyi bilməli;
  • Sərf və proses performansını analiz edərək, yaxşılaşdırıcı, düzəldici və ya önləyici qərarlar almağı bilməli
  • Analiz etmə və analitik qərar vermə qabiliyyəti olmalı
  • Komanda ilə işləmək bacarığı olmalı;

İş haqqında məlumat: 

  • Operatorların işlərini təlimata uyğun qurub-qurmadıqlarını yoxlayır, uyğunsuzluqlar olduğu zaman xəbərdarlıqlar edir, məsuliyyətsiz davranışlar böyük miqyas aldığı zaman qarşısının alınması üçün məsələ qaldırır, qeydiyyatları aparır;
  • Keyfiyyətə Nəzarət Formlarının qaydasında doldurulub - doldurulmadığını yoxlayır, uyğunsuzluqların aradan qaldırılması üçün xəbərdarlıq edir və təlimatlar verir.
  • Xətt və maşınlarda istehsal tapşırıqlarının vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Bağlı olduğu rəhbərindən qapaq-qutu, laklama-litoqrafiya istehsalatıyla bağlı lazımı təlimatları alaraq həftəlik istehsalat planına görə günlük istehsalın həyata keçirilməsi üçün operatorlara məlumat vermək və onları istiqamətləndirmək;
  • Qapaq-qutu, laklama-litoqrafiya istehsalına aid lazım olan xammal və materialları əvvəlcədən təyin edib növbə mühəndislərinə məlumat vermək;
  • Həftəlik istehsal planına görə planlanan qapaq-qutu, laklama-litoqrafiya istehsalını problemsiz və keyfiyyətli  həyata keçirilməsinə çalışmaq;
  • Keyfiyyətsiz istehsala icazə verməmək, buna səbəb olan problemləri ortadan qaldırılmasına çalışmaq və bu haqda rəhbərinə məlumat vermək;
  • Məhsulun istehsal prosesində bütün analizlerin zamanında ve xətasız aparılmasından ve alacağı qararlardan sorumludur;
  • İstehsal olunan məhsulun keyfiyyət göstəricilərinə uyğun istehsal edilməsinə cavabdehdir;

İş Qrafiki: Həftə içi 5 gün

İş Yeri: Sumqayıt şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Tənəkə Qablaşdırma üzrə kefiyyət və qeydiyyat mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.