Azersun Holding

Marketinq şöbəsinin mütəxəssisi

Son tarix 07 sen 2023 - 

Tələblər:

  • Ali təhsilli (marketinq və ya iqtisadi) olmalı;
  • Marketinq və Bank işi üzrə 1-2 illik iş təcrübəsi olmalı;
  • İngilis və Rus dilini yaxşı bilməli;
  • Microsoft Office proqram bilikləri olmalı;
  • Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, işində dəqiqlik və məsuliyyətlilik, İnnovativ və konstruktiv təkliflər irəli sürmək bacarığı, problemləri həll edə bilmək və stres altında işləmə bacarığı olmalı;

İş haqqında məlumat: 

  • Press relizlər yazmaq;
  • KİV tərəfindən ünvanlanmış yazılı və şifahi müraciətləri cavablandırmaq;
  • Bank adından təbrik, baş sağlığı, təkzib və sair məlumatlandırmaları hazırlamaq;
  • Kütləvi İnformasiya vasitələrində daimi monitorinqləri həyata keçirmək;
  • Bankın və məhsulların/xidmətlərin dijital marketinq fəaliyyətini aparmaq, məlumatların tam və dolğun olmasına nəzarət etmək;
  • Bankın sosial şəbəkələri üzrə daxil olan müştəri müraciətlərini cavablandırmaq;
  • Bank məhsullarının/xidmətlərinin tanıdılması və Bankın imicinin artırılması məqsədi ilə lazımi reklam və promosyon materiallarını müəyyənləşdirmək;
  • Bankın məhsullarına dair tanıtımlar etmək, müştərilərə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
  • Reklam və promosyon materialların təmin edilməsi üzrə reklam agentliklərinə brif göndərmək və təklif tələb etmək;
  • Müştərilərə movcud və yeni məhsullar, eyni zamanda kampaniyalarla bağlı sms və e-mail göndərilməsi üçün müştəri seqmentini seçmək, məzmunu hazırlamaq;
  • Müştərilərə movcud və yeni məhsullar, eyni zamanda kampaniyalarla bağlı sms və e-mail göndərmək;
  • Bankın departament və filiallarına marketinq işinin təşkilində reklam, satış və PR dəstəyini təmin etmək;
  • Ödəniş sistemləri, pul köçürmələri və s. tərəfdaşlar tərəfindən keçirilən kampaniyalara reklam və PR dəstəyini vermək;
  • Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
  • Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirirmək;
  • Maliyyə sektoru üzrə aparılmış müvafiq bazar araşdırmalarını aparmaq, meyarların analizi və inkişaf üçün təqdim etmək;
  • Yeni alternativ xidmət kanallarının yaradılması üzrə marketinq araşdırmalarını aparmaq, analiz və təqdim etmək;
  • Rəqiblər və onların məhsulları/xidmətləri, habelə satış və tanıdılmasında istifadə olunan reklam və promosyon materialları barədə ətraflı məlumatın əldə etmək , analiz və təqdim etmək;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Marketing mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

 

Risklərin Təhlili və Hesabatlıq üzrə Baş mütəxəssis

Son tarix 07 sen 2023 - 

Tələblər:

  • Ali İqtisadi təhsil;
  • İngilis və rus dili bilikləri;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
  • Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
  • CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.

İş haqqında məlumat:

  • Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
  • Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
  • Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
  • Risklərin İdarə Edilməsi Sahəsi üzrə beynəlxalq standartlar, qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
  • Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
  • İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
  • Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi;

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Risklərin Təhlili və Hesabatlıq üzrə Baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Mühasib

Son tarix 07 sen 2023 

Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Mühasib kimi ən azı 1-2 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;

İş haqqında: 

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin yoxlanılması;
  • Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması;
  • Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Mühasibatlıqda və mərkəzi mühasibatlıqda işçilər arasında xidməti vəzifələrin bölgüsü zamanı işin həcmindən və funksional əlamətlərindən asılı olaraq müvafiq işçi qruplarının yaradılmasını təşkil edilməsi;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi;

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.

 

Senior System Administrator

Son tarix 07 sen 2023 

Qualifications:  

  • Bachelor’s degree in information technologies or related fields;
  • 7 years’ experience in Information Systems Technologies;
  • Experience in M365 & Azure, experience in M365 migration. Design and implement Azure cloud strategy;
  • Managing Azure Active Directory, experience in MS Teams management;
  • Experience in server installation and management (Windows & Linux – especially Redhat);
  • Experience in virtualization technologies, especially VMware ESX environment;
  • Experience in Active Directory, DNS, DHCP, SCCM, WSUS, WDS, MDT, PowerShell, WMI scripting;
  • Experience in Domain Controller Management, Active Directory, Group Policy;
  • Experience in Monitoring systems, experience in physical Server Hardware (Cisco, EMC storage, SAN Switches);
  • MSCE, MSCA, Azure Administrator Certification, Microsoft 365 Certified: Enterprise Administrator Expert preferable;
  • Managing Windows 10 focused PC and client OS / application / patch inventory, managing endpoint and server threat management systems;
  • Ensure security levels across all servers through configuration and regular patch management of the operating systems;
  • Perform data integrity checks and harden security of systems along with audits and procedures;

Responsibilities:

  • Manage day-to-day operations of the information systems by monitoring system performance configuration, maintenance, and repair;
  • Provide technical expertise for data center, lead planning and implementation of projects for IT and cross-functional teams;
  • Lead problem-solving efforts often involving outside vendors and other support personnel and/or organizations;
  • Install, modify and maintain systems and utility software on server and cloud computer systems;
  • Establish guidelines and methods for the installation and management of computer system components;
  • Ensure high availability and acceptable levels of performance of mission-critical systems;
  • Troubleshoot and resolve issues with user access to M365 services;
  • Apply patches and upgrades to host system firmware and software;
  • Work with vendors to assist support activities;
  • Setup M365 accounts for users;

Work place: Baku

Interested candidates are requested to send their recently updated CV to hr.azersun.com[email protected] with a subject "Senior System Administrator

 

Data analitik

Son tarix 07 sen 2023 

Tələblər:

  • İqtisadi və ya Kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Yüksək səviyyədə MS Excel biliyi olmalı;
  • Excel-də Power Query və PowerPivot biliyi olmalı;
  • Məlumat bazasında işləyə bilmək üçün SQL biliyi;
  • Data vizuallaşdırma Power BI bilikləri;
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər olmalı;
  • Adaptasiya və sərbəst araşdırma qabiliyyəti;
  • Sahə üzrə təcrübəı
  • R studio, Python, Excel VBA kimi toollar uzre biliklərin olması üstünlükdür.

İş haqqında:

  • Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlasdırılaraq məlumat bazasına yüklənməsi;
  • Sahədə istifadə edilən məlumat toplama applikasiyası üçün tənzimləmələrin edilməsi;
  • Müxtəlif məhsul qruplarını gündəlik data ehtiyacının qarşılanması;
  • Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
  • Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi;
  • Rəhbərlik təlimatı əsasında fərqli modelləmə və əlaqələndirmələrlə hesabatların hazırlanması;

İş şərtləri: 5 günlük iş qrafiki, 09:00-18:00

İş yeri:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna mövzu yerinə "Data analitik" yazaraq və ya göndərə bilər hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.