Sahibkarlarla növbəti görüş Tovuz rayonunda keçiriləcək
“Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü Tovuz rayonunda keçiriləcək.
İndex.az İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Azəriqaz”ın KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq.
Aksiya rayonun Düz Qırıqlı kəndində İcra nümayəndəliyinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 26-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək
