SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ceyhun Şıxəliyev Şəmkir rayonunda bir qrup Birlik əməkdaşı ilə görüşüb.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, qurum rəsmisi hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə yaxından maraqlanıb.

Baş direktorun müavini Şəmkir Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrində çalışan ümumilikdə 14 əməkdaşı SOCAR "Azəriqaz" İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

Ceyhun Şıxəliyev görüşdə iştirak bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.

