Sentyabrın 11-də saat 11:00-dan 12:00-dək "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası Ucar rayonunun Şahlıq kəndində (poçt məntəqəsinin qarşısı) baş tutacaq.

Bu barədə İndex.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.