SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon"u Şəkidə qurulacaq.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, 1 may saat 11:00-dan 12:00-dək "Azəriqaz"ın “Açıq mikrofon” aksiyası Şəkinin Aran kəndində baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.