SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Səyyar qəbul otağı” bu dəfə Şəki şəhərində təşkil olunub.

İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, aksiyaya qatılan sakinlər Çapağan kəndinin qazlaşdırılması, qaz sayğacının yerinin dəyişdirilməsi, debitor borca görə hissə-hissə ödənişə icazənin verilməsi və yeni qaz sayğacının quraşdırılması kimi müraciətlər ünvanlayıblar.

Zaqatala RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.