SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edirə
İndex.az quruma istinadən xəbər verir ki, növbəti həftə (25.04.2023 və 27-28.04.2023 tarixləri) daha 3 rayonda Azəriqaz"ın “Açıq mikrofon” aksiyası keçiriləcək.
Aksiya həftənin 2-ci günü saat 12:00-dan 13:00-dək Qazax rayonunda (Mərkəzi Xəstəxananın yanı), 4-cü günü saat 11:00-dan 12:00-dək Tovuz rayonunda (Tovuz Şəhər Parkı), 5-ci günü saat 12:00-dan 13:00-dək isə Ağstafa rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz #problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
