Bu ilin sonuna qədər Azərbaycanda əlavə daha 50 kənd və massivin qazlaşdırılmasına başlanılması nəzərdə tutulub.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında ölkədə artıq 90-a yaxın yaşayış məntəqəsi və yeni yaşayış massivində paylayıcı küçə xətlərinin və daşıyıcı qaz xətlərinin çəkilməsi işləri davam etdirilib.

T.Cəfərov qeyd edib ki, hazırda ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,3 % təşkil edir: “Bu, kifayət qədər yüksək göstəricidir. Amma buna baxmayaraq növbəti illərdə də qazlaşdırılma işləri davam etdiriləcək.