Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftəni vətəndaşlara xidmət göstərəcək.
İndex.az “Azəriqaz”a istinadən xəbər verir ki, qurumun Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 26 iyun – 2 iyul tarixlərində BRQSD-nın inzibati binasında, həmçinin qeyd olunan tarixlərdə (28-29.06.2023 tarixləri istisna olmaqla) Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində vətəndaşlara xidmət göstərəcəklər.
Bildirilir ki, “Azəriqaz” əməkdaşları həftə içi saat 10:00-dan 17:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 14:00-dək fəaliyyət göstərəcəklər.
Həmçinin abonentlər qaz təchizatı ilə bağlı Birliyin 104/185 Çağrı Mərkəzinə zəng edə və 077 3 104 104 “Whatsapp” nömrəsi vasitəsilə müraciətlərini edə bilərlər.
