Gədəbəy rayonunun Söyüdlü kəndində baş vermiş məlum hadisəni əks etdirən görüntülərlə bağlı sözügedən məsələ ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin heç bir bağlılığı yoxdur.

İndex.az xəbər verir ki, bu barədə “AzerGold”un rəsmisi Ariz Tarverdiyev bildirib.

“Şirkətimizə ünvanlanan çoxsaylı sorğuları nəzərə alaraq, ictimaiyyətdə yanlış fikrin formalaşmasının qarşısını almaq üçün bir daha bəyan edirik ki, Gədəbəy rayonunda qızıl yataqlarının işlənilməsi ölkəmizdə fəaliyyət göstərən digər dağ-mədən şirkəti tərəfindən həyata keçirilir”.