Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan vətəndaşları Türkiyədə 261 mənzil alıblar.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 192 mənzil və ya 42,4 % azdır.
Təkcə aprel ayında isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 54 mənzil alıb ki, bu da 2022-ci ilin aprel ayının göstəriciləri ilə müqayisədə 102 mənzil və ya 2,9 dəfə azdır.
Bu ilk dörd ayı ərzində Türkiyədə xarici vətəndaşlara 13 596, ötən ay isə 2 571 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 35,3 % və 2,5 dəfə azdır.
