Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 544 mənzil alıblar.
İndex.az bu barədə Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 329 mənzil və ya 37,7 % azdır.
Təkcə avqustda isə Azərbaycan vətəndaşları qardaş ölkədə isə 75 mənzil alıb ki, bu da 2022-ci ilin avqust ayının göstəriciləri ilə müqayisədə 31 mənzil və ya 29,2 % azdır.
Bu ilk 8 ayı ərzində Türkiyədə xarici vətəndaşlara 25 324, ötən ay isə 3 078 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 43,8 % və 42,3 % azdır.
Bu ilin 8 ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara bu il 7 961, ötən ay isə 733 mənzil satılıb.
Növbəti yerdə İran vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 342, bu ilin 8 ayında isə 3 271 mənzil alıb.
İlk 3-lüyü İraq vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə iyulda 220, 2023-cü ilin 8 ayında isə 1 408 mənzilə sahib olub.
