Bu ilin yanvar-may aylarında Azərbaycanla Fransa arasında ticarət dövriyyəsi 339 milyon 176 min ABŞ dolları olub.
İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 4 dəfə artım deməkdir.
Hesabat dövründə Azərbaycanın Fransa ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib.
Beş ayda Azərbaycandan Fransaya 73 milyon 829 min, Fransadan Azərbaycana isə 265 milyon 346 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 55,7 dəfə və 3,1 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycanın ümumi ixracının 0,46 %-i, idxalının isə 3,88 %-i Fransanın payına düşüb.
