Azərbaycanda 1 milyon 445 min manata avtomobil satışa çıxarılıb.

Bu barədə İndex.az ölkənin avtomobil satışı ilə ixtisaslaşmış saytlarından birinə istinadən xəbər veir.

Bildirilir ki. 85 ilin klassik avtomobili Sumqayıtda satılır.

Belə ki, 1938-ci ilin istehsalı olan “Mercedes 170 V” markalı avtomobil ən az, nə çox 850 min dollara alıcılara təklif edilir.

Mexaniki sürət qutusuna malik qara rəngli avtomobilin ümumi yürüşü 82 min kilometr təşkil edir.

Elan sahibi qeyd edib ki, avtomobilin heç bir vuruğu yoxdur və heç vaxt rənglənməyib. Elanı yerləşdirən şəxs avtomobilin ideal vəziyyətdə olduğunu və real alıcıya real endirimin olacağını da qeyd edib.

İndex.az bu avtomobilin şəkillərini oxucularına təqdim edir: