Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə qızıl ixracından 60,5 milyon ABŞ dolları dəyərində qazanc əldə edib.

Bu barədə İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin ilk yarım ilinin göstəriciləri ilə müqayisədə 18,9 milyon ABŞ dolları və ya 23,8 % azdır.

Bu ilin iyun ayında isə Azərbaycan 13,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu, 2022-ci ilin iyun ayı ilə müqayisədə 3,2 milyon ABŞ dolları və ya 19,4 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.