Bu ilin yanvar-may aylarında Azərbaycan 23,4 milyon ABŞ dolları dəyərində kartof ixrac edib.
İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.
İcmala əsasən, bu, 2022-ci ilin 5 ayı ilə müqayisədə 8,6 milyon ABŞ dolları və ya 58,1 % çoxdur.
Bu ilin may ayında Azərbaycan 19,9 milyon ABŞ dolları dəyərində kartof ixrac edib. Bu, 2022-ci ilin may ayı ilə müqayisədə 7,2 milyon ABŞ dolları və ya 56,7 % çoxdur.
Qeyd edək ki, 5 ay ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib.
