Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 5 milyon 177 min ABŞ dolları dəyərində xalça idxal edib.

Bu barədə İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verib.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 35,6 % çoxdur.

Təkcə iyulda isə Türkiyədən ölkəmizə 417 min ABŞ dolları dəyərində xalça gətirilib ki, bu da illik müqayisədə 15,3 % azdır.