2024-cü ilin yanvar-fevral ayında Türkiyədən Azərbaycana 1 milyon 36 min ABŞ dolları dəyərində xalça ixracı olunub.
Bu barədə İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 28,8 % azalıb.
Həmçinin cari ilin fevralında Türkiyədən ölkəmizə 460 min ABŞ dolları dəyərində xalça ixrac edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 15,7 % azalma deməkdir.
