Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 641 ədəd stolüstü kompüterlərin istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilk rübünün göstəriciləri ilə müqayisədə 67,4% çoxdur.

Belə ki, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-mart aylarında 47,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optic məhsulların istehsalı 35,7%, elektrik avadanlıqlarının istehsalı isə 8,7% çoxdur.

Eyni zamanda, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölçmə cihazlarının istehsalı 2,5 dəfə artıb. Bu ilin ilk 3 ayında 84,5 min ədəd ölçmə cihazları istehsal edilib.

Bu ilk ilk rübündə Azərbaycanda 117 ədəd güc transformatorları (19,9% az), 2 576 ədəd elektrik tənzimləyici cihazları (7,3% çox) və 317 məişət soyuducuları və dondurucuları (50,2% az) istehsal edilib.