Bu ilin ilk 6 ayında Azərbaycan 120,7 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

Bu barədə İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadən xəbər verir.

Bildirilir ki, bu, 2022-ci ilin 6 ayı ilə müqayisədə 6,2 milyon ABŞ dolları və ya 4,9 % azdır.

Bu ilin iyun ayında Azərbaycan 29,3 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib. Bu, 2022-ci ilin iyun ayı ilə müqayisədə 6,5 milyon ABŞ dolları və ya 18,2 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.