2023-cü ilin yanvar-avqust aylarında Türkiyənin İğdır şəhərindən Azərbaycana 25 milyon 426 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 48,4 % azdır.

Həmçinin cari ilin avqust ayında İğdırdan ölkəmizə 3 milyon 383 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 58,4 % azalma deməkdir.