Azərbaycan Dəmir Yolları

Normativ-texniki sənədlər üzrə aparıcı mühəndis

Son tarix 13 sen 2023 

Vəzifə öhdəlikləri:

  • Hərəkətin təhlükəsizliyi departamentinə aid normativ texniki sənədlərin hazırlanması və sistemləşdirilməsi;
  • Hərəkətin təhlükəsizliyi departamentinə aid normativ texniki sənədlərdə boşluqların aşkar edilməsi dəyişikliklərin edilməsi;
  • Hərəkətin təhlükəsizliyi departamentinə aid hazırlanmış normativ texniki sənədlərin razılaşdırılması;
  • Hərəkətin təhlükəsizliyi departamentinə rəy və təkliflər üçün göndərilmiş normariv texniki sənədlərə baxılması və müzakirələrin təşkil edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • İngilis dili – Orta, Rus dili – Yaxşı;
  • MS Office – Yaxşı;
  • Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamları üzrə biliklər;
  • İdarəetmənin, əmək qanunvericiliyinin əsasları üzrə biliklər;
  • Namizədlərin dəmir yolu sahəsi üzrə təhsili olması arzuolunandır.

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 12.09.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

 

Satınalma üzrə mütəxəssis

Son tarix 14 sen 2023 

İşin təsviri:

  • Satınalma əməliyyatlarının təşkil edilməsi;
  • Xarici bazarda satınalma araşdırmalarının aparılması;
  • Tenderlərin təşkil olunması, tender proseslərinin izlənilməsi;
  • Təkliflərin toplanması prosesinin icra edilməsi;
  • Birbaşa satınalma rəhbərinə kompleks tədbirlərin ötürülməsi;
  • Proses dövründə sənədləşmə ilə bağlı dəyişikliklərin və təkmilləşmələrin təklif edilməsi;
  • İş və xidmətlər üçün "Razılaşma müqavilələri"nin hazırlanması və həmin müqavilələrin aidiyyəti tərəflərlə razılaşdırılmasının təmin edilməsi.

Tələblər:

  • Ali təhsil ;
  • İngilis dili – sərbəst, rus dili – sərbəst ;
  • MS Office – yaxşı;
  • Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, keyfiyyətyönümlülük, diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı;
  • Xarici bazarda satınalma araşdırmalarının aparılması üzrə biliklər;
  • Satınalma əməliyyatları üzrə biliklər;
  • Sifarişçi ilə şirkət arasında olan satınalma müqavilələrinin hazırlanması və tətbiq olunması üzrə biliklər.

Əmək şəraiti:

  • İş qrafiki – 5 günlük  09:00-18:00;
  • Təminatlar: “Push30” platformasına korporativ üzvlük

Müraciət etmə qaydaları:

  • Uyğun namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Son müraciət tarixi : 13.09.2023  ( Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır)
  • Qeyd: Xarici satınalma üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

 

Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis

Son tarix 13 sen 2023 

Vəzifə öhdəlikləri:

  • Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
  • Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
  • Cəmiyyət daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
  • Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
  • Risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
  • Daxili insident menecment sisteminin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi; İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması, səbəblərin araşdırılması və təhlili;
  • Təşkilatda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi;
  • Risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
  • Risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi; Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.

Tələblər:

  • Ali təhsil (Maliyyə);
  • Sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • İngilis dili – Orta, Rus dili – Yaxşı;
  • MS Office – Yaxşı;
  • Azərbaycan Respublikasında və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəni;
  • Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamları üzrə biliklər;
  • İqtisadiyyatın, idarəetmənin, əmək qanunvericiliyinin, marketinqin əsasları üzrə biliklər.

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 12.09.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.