Azərbaycan Dəmir Yolları

Risklərin və keyfiyyətin idarə edilməsi departamentinin Keyfiyyət təminatı şöbəsinin Aparıcı mütəxəssisi

Son tarix 24 avq 2023 

Vəzifə öhdəlikləri:

  • Keyfiyyət İdarəetmə sisteminin tələbləri istiqamətində lazımi Qaydaların, Təlimatların, Prosseslərin, Prosedurların və digər oxşar sənədlərin tərtibatı, müvafiq dəyişkliklərin olunması;
  • Cəmiyyətin Keyfiyyət Menecment Sisteminə aid tələblərin struktur vahidlərində mənimsənilməsi və tətbiq olunması işinin təşkili;
  • Keyfiyyət İdarəetmə Sisteminin planlaşdırılması, daxili sənədlərin (proses, prosedur, təlimat və digər oxşar sənədlər) hazırlanması, idarə edilməsi, düzəldici fəaliyyətlərə, illik hədəflərin izlənilməsinə nəzarət edilməsi;
  • Uyğunsuzluqların araşdırılması, onların səbəblərinin aradan qaldırılması və oxşar uyğunsuzluqların gələcəkdə baş verməməsi üçün aidiyyəti struktur vahidlərlə birlikdə qabaqlayıcı tədbirlərin hazırlanması zamanı təkliflərinin verilməsi;
  • Aradan qaldırılmış uyğunsuzluqların səmərəliliyinin qiymətləndirilməsi və təhlili;
  • Rəhbərliyik tərəfindən keçirilən iclaslar üçün tələb edilən materialların hazırlanmasında iştirak;
  • Rəhbərliyin baxış icmalı iclaslarının gündəliyinin hazırlanmasında iştrak;
  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsində struktur vahidlərə metodiki köməklik göstərilməsi;
  • Cəmiyyətin struktur bölmələrinin illik hədəflərinin izlənilməsi, hesabatının tərtibi ;
  • Təlimlərin keçirilməsinin təşkili, təlim keçmə və effektivliyinin yoxlanılmasının təmini;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla şöbə müdirinə, o cümlədən departamentin müdirinə təqdim edilməsi;
  • İdarəetmə sistemləri üzrə daxili audit (yoxlama) planlarını hazırlanmasında iştirak; İdarəetmə sistemləri tələblərinə uyğun daxili auditlərin keçirilməsində iştirak etmək və audit hesabatlarının tərtib edilməsi;
  • Korporativ kodeksinə əməl edilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Hüquq);
  • Keyfiyyət sahəsində minimum 5 (beş) il iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
  • MS Office, Outlook və dioqram proqramları (MS visio, Draw.io) üzrə sərbəst işləmə bacarığına malik olmalı;
  • Mövcud avtomatlaşdıırılmış informasiya sistemlərində işləmək bacarığı.
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli.

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

 

Risklərin və keyfiyyətin idarə edilməsi departamentinin Keyfiyyət təminatı şöbəsinin mütəxəssisi

Son tarix 24 avq 2023 

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətdaxili sənədlərin - funksional prosedur, proses, təlimatların və digər oxşar sənədlərin yaradılması, işləkliyinin təmin edilməsi və müvafiq dəyişkliklərin olunmasında iştirak;
  • Keyfiyyət idarəetmə Sistemlərinin tələblərinin icra edilməsi istiqamətində fəaliyyətlərdə iştirak;
  • Düzəldici fəaliyyətlərin aşkarlanması, fəaliyyət planlarının tərtibatı və onların icrasına nəzarət edilməsində iştirak etmək;
  • Keyfiyyət idarəetmə sistemləri tələblərinə uyğun (İSO 9001) daxili auditlərin keçirilməsində iştirak etmək, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi;
  • Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla aidiyyatı şəxslərə təqdim edilməsi;
  • Cəmiyyət üzrə Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartlarının tətbiqinin həyata keçirilməsində fəal iştirak olunması.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat);
  • Keyfiyyət sahəsində minimum 3 (üç) il iş təcrübəsi;
  • Biznes proseslərinin idarəedilməsi üzrə təcrübəyə malik olmalı;
  • Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
  • MS Office, Outlook və dioqram proqramları (MS visio, Draw.io) üzrə sərbəst işləmə bacarığına malik olmalı;
  • Mövcud avtomatlaşdıırılmış informasiya sistemlərində işləmək bacarığı.
  • İşgüzar yazışma qaydalarının əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli.

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

 

Rəqəmsal Marketiq şöbəsində Mütəxəssis

Son tarix 24 avq 2023 

Vəzifə öhdəlikləri:

  • Rəsmi rəqəmsal kommunikasiya platformaların yaradılması və idarə olunması (Rəsmi veb səhifə və sosial şəbəkə səhifələr);
  • Rəsmi rəqəmsal kommunikasiya platformaları üçün kontentin yaradılmasında və yerləşdirilməsində iştirak etmək (Rəsmi veb səhifə, mobil əlavə və sosial şəbəkə səhifələr); Rəqəmsal reklam kampaniyalarını planlaşdırmaq, optimallaşdırmaq və həyata keçirmək;
  • Bütün rəqəmsal reklam kampaniyalarının fəaliyyətini ölçmək, hesabat hazırlamaq və hədəflərə əsasən onları qiymətləndirmək (ROI / KPI və s.);
  • Veb səhifənin texniki təhlili və admin hissədə işləmək; SEM və Facebook Pixel üzrə təcrübə, targeting bacarığı (Meta Ads və Google Ads);
  • SEO işlərinin həyata keçirilməsi,texniki komanda ilə işləmək bacarığı;
  • Google Analytics və Google Search Console ilə veb analizin aparılması, uyğun fəaliyyətinin planlaşdırılması;
  • Email / sms marketinq kampaniyalarının yaradılması və analiz edilməsi.

Tələblər:

  • Ali (Marketinq, İqtisadiyyat, Biznesin təşkili və idarə olunması);
  • Ən azı 2 ildən çox rəqəmsal marketinq sahəsində iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan və Rus dili səlis (İngilis dili arzu olunandır);
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Task management);
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;

Müraciət etmə qaydaları:

Vakansiya tələblərinə uyğun namizədlər 23.08.2023-cü il tarixinə qədər müvafiq olaraq aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.