Pərakəndə kart biznesi sahəsinin back-end üzrə proqramçısı
Daimi
İş haqqında
Görəcəyiniz işlər:
-
Məhsulun biznes məntiqini və back-end sistemini dizayn etmək və etmək;
-
Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ları hazırlamaq;
-
Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
-
Unit və inteqrasiya testlərini yazmaq və gündəlik tapşırıqlar üçün avtomatik alətləri hazırlamaq;
-
Keyfiyyətli, effektli kodlar yazmaq və onları sənədləşdirmək;
-
Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirləri təhlil etmək;
-
Yeni texnologiyaları araşdırmaq və tətbiq etməkdir.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə;
-
Back-end proqramlaşdırma sahəsində minimum 3 illik iş təcrübəsinə;
-
Java8, Java11, Java EE, Spring Boot üzrə təcrübəyə;
-
Versiya Kontrol Sistemləri (Git) üzrə dərin biliklərə;
-
RESTful APİ servislərin hazırlanması, istifadə olunması üzrə təcrübəyə;
-
Obyektyönümlü proqramlaşdırma , S.O.L.I.D prinsipləri və Design Patterns barədə dərin biliklərə;
-
Verilənlər bazası sistemləri üzrə təcrübə, SQL və NoSQL bazaları barədə biliklərə; (PostgreSQL, MySQL, Oracle, MongoDB, Redis)
-
Keşləmə haqqında yaxşı bilik (Redis vd)
-
Mesaj növbəsi sistemləri haqqında biliklər (Kafka, RabbitMQ vd)(arzuolunandır)
-
Unit, inteqrasiya və APİ üçün effektli testlərin yazılması biliklərinə;
-
Agile Scrum metodologiyası barədə məlumatlılığa;
-
Mikroservis arxitekturası üzrə biliklərə;
-
PL/SQL biliklərinə (arzuolunandır);
-
Güclü problem həll etmə bacarığına, mürəkkəb məlumatları emal etmək, onları aydın və sadə şəkildə təqdim etmək qabiliyyətinə sahib olan şəxsdir.
Pərakəndə kart biznesi sahəsinin QA üzrə mütəxəssisi
Daimi
Tam gün
İş haqqında
Görəcəyiniz işlər:
-
Biznes proseslərin manual testini avtomatlaşdırmaq;
-
Manual testləri icra etmək;
-
Test keys və Test planını hazırlamaq;
-
Avtomatlaşdırılan testlərin monitorinqini həyata keçirmək.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə;
-
Minimum bir il iş təcrübəsinə;
-
Agile metodologiyası və CI/CD üzrə biliklərə;
-
Bank prosesləri barədə bilik və təcrübəyə (arzuolunandır);
-
Java, Python və ya JavaScript proqramlaşdırma dilləri üzrə təcrübəyə;
-
Oracle, MongoDB, MySql və ya PostgreSQL üzrə təcrübəyə;
-
QA(Manual - Avtomatlaşdırılma) Test sahəsi üzrə biliklərə;
-
Jira və Xray Test Management üzrə təcrübəyə;
-
BPM / Ibus üzrə biliklərə (üstünlükdür).
-
Postman ve SOAPUI bilən və təcrübəyə;
-
Selenium ve Appium bilən və təcrübəyə sahib olan şəxsdir.
Korporativ CRM şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi
Daimi
Tam gün
İş haqqında
Görəcəyiniz işlər:
-
Müştərilərə dair məlumatların CRM sistemində əks olunması istiqamətində işləri həyata keçirmək;
-
Satışların planlaşdırılmasında müştəri menecerlərinə aid portfellər üzrə zəruri dəstək göstərmək;
-
CRM sistemində yaranan uyğunsuzluqları inteqratorla araşdırmaq və aradan qaldırmaq;
-
CRM sistemində yeni imkanları araşdırmaq və onlar tətbiq etmək;
-
Mütəmadi olaraq bacarıq və təcrübənin inkişaf yollarını axtarmaq.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə (Biznes, marketinq və ya informasiya texnologiyaları kimi müvafiq sahələrdə bakalavr dərəcəsi üstünlükdür);
-
Müştəri xidməti, satış və ya marketinq sahələrində təcrübəyə;
-
CRM sistemlərində işləmə təcrübəsinə və ya məlumata sahib (SQL üzrə biliklərin olması aruzolunandır);
-
Biznes proseslərin idarə edilməsi, avtomatlaşdırma və inteqrasiya sahələrində biliklərə;
-
Yaxşı səviyyədə MS Office proqramları biliklərinə;
-
Yüksək kommunikasiya və yazılı ünsiyyət bacarıqlarına;
-
Mürəkkəb məlumatları aydın və başa düşülən şəkildə çatdırmaq, problemləri müəyyən edib effektiv həllər təklif etmək bacarıqlarına;
-
Tapşırıqları səmərəli şəkildə idarə etmək və prioritetləşdirmək üçün təşkilatçılıq bacarıqlarına;
-
Analitik düşünmə və təhlil qabiliyyətinə sahib.
Mikro kreditlər üzrə mütəxəssis - Ağsu
Daimi
Tam gün
İş haqqında
Görəcəyiniz işlər:
-
Bankın mikro kreditlər seqmentinə aid ola bilən potensial müştərilərin cəlb olunması, mikro kredit portfelinin idarə edilməsi və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
-
Müştəri xidmətləri strukturlarından müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərar vermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işini təşkil etmək;
-
Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirmək;
-
Müştəri biznes obyektlərinə ziyarətlər keçirmək və monitorinqləri aparmaq;
-
Müvafiq hesabatlar hazırlamaq.
Bizim üçün uyğun namizəd:
-
Ali təhsilə;
-
Mikro kreditləşmə sahəsi üzrə minimum 1 il iş təcrübəsinə;
-
Ofis proqramlarında (Word, Excel) sərbəst işləməyə;
-
Hesabatlarla işləmə bacarığına;
-
Yaxşı səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqlarına sahib olan şəxsdir.
