Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Antalya şəhərindən Azərbaycana 26 milyon 820 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinin hesabatına istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 12,1% azdır.

Həmçinin cari ilin noyabr ayında Antalyadan ölkəmizə 1 milyon 754 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 14,8 % çoxdur.